AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Kanada Rusiya ordusunun Ukraynadakı hərəkətlərini soyqırımı kimi tanıdı

  • + A
  • - A
  • 28-04-2022, 11:29

    Kanada Rusiya ordusunun Ukraynadakı hərəkətlərini soyqırımı kimi tanıdı


    Kanada Parlamentinin İcmalar Palatası Rusiya ordusunun Ukraynadakı hərəkətlərini soyqırımı kimi tanıyıb .

    AzadMedia.az ın "Reuters"ə istinadən verdiyi xəbərə görə, aprelin 27-də parlamentarilər müvafiq bəyanatı yekdilliklə dəstəkləyiblər.

    Kanadalı qanunvericilər Moskvanın "insanlığa qarşı sistematik və kütləvi hərbi cinayətlərə" dair kifayət qədər sübutlar olduğunu bildiriblər.

    İcmalar Palatasının bəyanatında deyilir ki, Rusiyanın hərbi cinayətlərinə kütləvi vəhşiliklər, ukraynalı mülki şəxslərin öldürülməsi, meyitlərin təhqir edilməsi, ukraynalı uşaqların zorla köçürülməsi, işgəncə və zorlamalar daxildir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR