Ermənistanın işğalı altında olan və ölkəni Gürcüstanla birləşdirən körpü Azərbaycana qaytarılacaq.
Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün həmin ərazidə, Kirants və Açarkut kəndləri ərazisindəki yolun inşa işləri ilə tanış olub.
Bildirilib ki, yeni yol Ermənistandan Gürcüstana gedən yolda yerləşən körpünün delimitasiya nəticəsində Azərbaycana təhvil veriləcəyi üçün inşa edilir.
Həmçinin qeyd olunub ki, buraya Kirants kəndində iki ev, yolun bir hissəsi və 50-yə yaxın torpaq sahələri daxildir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.