Türkiyədə səfərdə olan İranın keçmiş prezidenti Mahmud Əhmədinejad Ədirnə şəhərində keçirilən illik “yağlı güləş” festivalına qatılıb.
Azadmedia.az xəbər verir ki, bu barədə Əhmədinejada yaxın media məlumat yayıb.
Belə ki, o Ədirnə vilayətinin valisi Yavuz Sezer, Türkiyənin idman və gənclər naziri Osman Aşkın Bak və CHP lideri Özgür Özəl tərəfindən qarşılanıb.
Keçmiş prezidentin festivala qatılması Türkiyə mediasında geniş işıqlandırılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.