Rusiya İstintaq Komitəsi iyunun 23-də Mahaçqala və Dərbənddə törədilən hücumların iştirakçılarını terrorizmdə ittiham edib.
Azadmedia.az TASS-a istinadən xəbər verir ki, İstintaq Komitəsi silahlı basqın faktları ilə bağlı başlanmış cinayət işinin istintaqını davam etdirir.
Belə ki, "Rusiya Federasiyası Cinayət Məcəlləsinin 205-ci (terror aktı) maddəsi ilə cinayət işi açılıb və onlar məhkəmə tərəfindən nəzarətə götürülüb”, - məlumatda deyilir.
Digər şəxslərin terror aktında əli olub-olmaması yoxlanılır.
“İstintaq hərtərəfli və obyektiv araşdırma aparacaq ki, bu terror aktlarında iştirak edənlərin heç biri cinayət məsuliyyətindən yayınmasın”, - idarədən bildirilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.