ABŞ Prezidenti Co Bayden “Milton” qasırğasının ABŞ-yə yaxınlaşması ilə əlaqədar oktyabrın 10-15-də Almaniya və Anqolaya planlaşdırılan səfərini təxirə salmaq qərarına gəlib.
Azadmedia.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karine Jan-Pyer açıqlama verib.
Qeyd edək ki, ABŞ lideri “Milton” qasırğası ilə əlaqədar Florida ştatında fövqəladə vəziyyət elan edilməsi haqqında Sərəncam imzalayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.