AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Baş nazir yeni qərar imzaladı

  • + A
  • - A
  • 1-04-2025, 13:25

    Baş nazir yeni qərar imzaladı

    Nazirlər Kabineti “Dövlət rüsumu haqqında” Qanununun 4.3-3-cü maddəsinin ikinci cümləsinə uyğun olaraq, Maliyyə Nazirliyinin işçilərinin sosial müdafiəsinin gücləndirilməsi və maddi təminatının yaxşılaşdırılması məqsədilə həmin Nazirliyin xəzinə hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nı təsdiqləyib.

    Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

    Qərara əsasən, büdcədənkənar vəsait dövlətin mülkiyyəti hesab olunur, Nazirliyin sərəncamındadır, onun sərəncamçısı dəyişdirilə bilməz. Büdcədənkənar vəsaitin təyinatı üzrə istifadə edilməsi məqsədilə Nazirlik yanında Dövlət Xəzinədarlıq Agentliyində Nazirlik üçün xüsusi xəzinə hesabı açılacaq.

    Bundan başqa, büdcədənkənar vəsaitin Nazirliyin Aparatı və strukturuna daxil olan qurumları arasında bölgüsü Nazirliyin müvafiq əmri ilə rəsmiləşdiriləcək.

    Həmçinin büdcədənkənar vəsait işçilərin sosial müdafiəsinin gücləndirilməsi və maddi təminatının yaxşılaşdırılması məqsədilə aşağıdakı istiqamətlər üzrə xərclənəcək:

    -işçilərin kollektiv və fərdi qaydada mükafatlandırılması;

    - işçilərin aylıq vəzifə maaşlarına əlavələrin verilməsi;

    - işçilərə maddi yardımın göstərilməsi.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR