AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Kreml Çin ordusunun Rusiya hərbçilərinə təlim keçməsi xəbərini təkzib edib

  • + A
  • - A
  • Bu gün, 15:38

    Kreml Çin ordusunun Rusiya hərbçilərinə təlim keçməsi xəbərini təkzib edib


    Kreml Qərb mediasının "Çində Rusiya hərbi qulluqçularının gizli təlimi" ilə bağlı xəbərlərinə münasibət bildirib.

    Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumatı yalanlayıb.

    O bildirib ki, "həm Avropada, həm də ABŞ-da qəzetlər çoxlu sayda yalan məlumat dərc edir".

    Kremlin sözçüsü bu cür məlumatları "dozasında" qəbul etməyə çağırıb.

    Qeyd edək ki, "Die Welt" Çin ordusunun Ukrayna ilə müharibə zonasına yerləşdirilmək üçün Rusiya qoşunlarına gizli şəkildə təlim keçdiyini yazıb. Nəşrin məlumat üçün istinad edilən mənbəsi Avropa kəşfiyyat mərkəzlərindən olan məxfi sənədlər olub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR