AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Şuşadan dünyaya verilən mesaj: "Sülh gündəliyinin mərkəzində Azərbaycan dayanır"

  • + A
  • - A
  • 15-06-2026, 20:04

    Şuşadan dünyaya verilən mesaj: "Sülh gündəliyinin mərkəzində Azərbaycan dayanır"

    Milli Qurtuluş Günündə Şuşada keçirilən "Qlobal təhlükəsizliyə regional töhfə: Cənubi Qafqazda sülh quruculuğu" mövzusunda beynəlxalq konfrans Azərbaycanın regionda formalaşdırdığı yeni siyasi reallıqların və sülh təşəbbüslərinin növbəti dəfə beynəlxalq müzakirə predmetinə çevrildiyini nümayiş etdirdi.

    Deputat Məşhur Məmmədov da beynəlxalq konfransda iştirak edərək, tədbirin Cənubi Qafqazda davamlı sülhün və regional əməkdaşlığın inkişafı baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Onun sözlərinə görə, müxtəlif ölkələrdən siyasətçilərin, parlament üzvlərinin və ekspertlərin iştirakı ilə keçirilən müzakirələr postmünaqişə dövrünün çağırışları, qarşılıqlı etimadın gücləndirilməsi və yeni əməkdaşlıq imkanlarının formalaşdırılması üçün vacib platforma rolunu oynayıb.

    Konfransın məhz Şuşada təşkil olunması xüsusi siyasi və mənəvi məna daşıyır. Bir vaxtlar işğalın simvoluna çevrilən şəhər bu gün beynəlxalq dialoq, sülh və əməkdaşlıq məkanına çevrilib. Bu, Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi genişmiqyaslı bərpa və yenidənqurma siyasətinin uğurunu, eyni zamanda ölkənin beynəlxalq nüfuzunun artdığını göstərən mühüm göstəricidir.

    Azərbaycan Prezidenti İlham Əliyevin konfrans iştirakçılarına ünvanladığı müraciətdə də ölkəmizin regionda davamlı sülhün, qarşılıqlı etimadın və mehriban qonşuluq münasibətlərinin tərəfdarı olduğu bir daha vurğulanıb. Bu yanaşma Azərbaycanın uzunmüddətli inkişaf və təhlükəsizlik strategiyasının əsas istiqamətlərindən biridir.

    Şuşada keçirilən beynəlxalq konfrans göstərdi ki, Cənubi Qafqazın gələcəyi qarşıdurma deyil, əməkdaşlıq üzərində qurulmalıdır. Azərbaycan isə bu prosesdə yalnız təşəbbüskar deyil, həm də məsuliyyətli və etibarlı tərəfdaş kimi çıxış edir.

    Millət vəkili Məşhur Məmmədov sosial media hesabında qeyd edib ki, bu mötəbər tədbir bir daha təsdiqlədi ki, Şuşadan verilən sülh mesajı təkcə region üçün deyil, bütövlükdə beynəlxalq ictimaiyyət üçün mühüm siyasi əhəmiyyət daşıyır. Bu gün Şuşa artıq zəfərin simvolu olmaqla yanaşı, dialoq, təhlükəsizlik və sülhün qurulduğu beynəlxalq platforma kimi yeni status qazanmaqdadır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR