Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən “De Fendo” Vəkil Bürosunun vəkili Şahin Məmmədov saxlanılıb.
Sosial mediada yayılan məlumata görə, Şahin Məmmədov dələduzluq cinayətini törətməkdə ittiham olunur. Aparılan araşdırmalar zamanı onun ayrı-ayrı vətəndaşlara qarşı müxtəlif üsullarla dələduzluq etdiyi iddia edilən faktlar müəyyən edilib. Hazırda hüquq-mühafizə orqanları tərəfindən iş üzrə istintaq tədbirləri davam etdirilir.
Toplanmış materiallar əsasında Şahin Məmmədov barəsində məhkəməyə təqdimat verilib. Nərimanov Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
İstintaqın gedişində iş üzrə yeni faktların və zərərçəkənlərin müəyyən ediləcəyi istisna olunmur. Rəsmi qurumlar araşdırmaların davam etdiyini bildirirlər.
Qeyd edək ki, həbs qətimkan tədbirinin seçilməsi şəxsin təqsirli bilinməsi anlamına gəlmir. Onun təqsiri yalnız məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyən edilə bilər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.