AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ADAU-ya TEAS-Press Nəşriyyatı evi tərəfindən nəşr olunmuş kitablar hədiyyə olunub

  • + A
  • - A
  • 1-12-2020, 20:59


    Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) kitabxana şəbəkəsinin genişləndirilməsi, yeni tədris korpusunda kitabxananın istifadəyə verilməsi, kitab bazasının zəngilnləşdirilməsi əsas vəzifələrdən biri kimi müəyyən edilməklə bu istiqamətdə xeyli işlər görülmüş, əməkdaşlıq əlaqələri genişləndirilmişdir. Bu işlərin nəticəsi olaraq son illərdə kitabxana fonduna hədiyyə olunan nəşrlərin sayı artmışdır. BP şirkətinin dəstəyi ilə TEAS-Press Nəşriyyatı evi tərəfindən nəşr olunmuş “İnsan resurslarının idarə edilməsi”, “Əməliyyatların idarə edilməsi” və “Sosial işdə etik prinsiplər” adlı kitablar universitetə hədiyyə olunub. Kitablar dünyada məşhur olan “Pearson” nəşriyyatının orjinalı əsasında TEAS-Press Nəşriyyatı evi tərəfindən Azərbaycan dilinə tərcümə edilib. Professor-müəllim heyəti, müvafiq ixtisaslar üzrə təhsil alan tələbələr nəşrlərlə əsaslı kitabxanada, yeni tədris korpusunun kitabxanasında, Aqrar iqtisadiyyat, Aqrobiznes və idarəetmə fakültələrinin sərbəst kompyuter otaqlarında tanış ola bilərlər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR