AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Kürdə batan Vətən müharibəsi iştirakçısının meyiti tapıldı

  • + A
  • - A
  • 3-02-2021, 13:17


    Kür çayında batan Vətən Müharibəsi iştirakçısı Sadıxbəyli Ramin Qaçay oğlunun meyiti tapılıb.

    Fövqəladə Hallar Nazirliyi Kür çayında batan şəxsin meyitinin tapılması ilə bağlı məlumat yayıb.

    Nazirliyin Mətbuat Xidmətindən verilən məlumatda bildirilir ki, xəbər verildiyi kimi, 31 yanvar 2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş zəng əsasında Kür çayının Mingəçevir şəhəri ərazisindən keçən hissəsində batdıqları ehtimal olunan Yusifov Səfxan Aydın oğlu və Sadıxbəyli Ramin Qaçay oğlunun axtarışları FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupları tərəfindən davam etdirilir.

    Aparılan axtarış işləri nəticəsində dalğıc-axtarış qrupu tərəfindən 1995-ci il təvəllüdlü Sadıxbəyli Ramin Qaçay oğlunun meyiti bu gün günorta saatlarında Kür çayında tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

    Batdığı ehtimal olunan Yusifov Səfxan Aydın oğlunun axtarışları davam etdirilir. Əlavə məlumat veriləcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR