Yardımlı rayonu Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə “Möhtəşəm Qələbə” adlı tədbir keçirilib - Fotolar
Yardımlıda “Möhtəşəm Qələbə” adlı tədbir keçirilib.
Azadmedia.az-ın cənub bürosunun məlumatına görə, Oktyabrın 26-də Yardımlı rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə rayonun Bilnə kənd tam orta məktəbində Vətən müharibəsinin ildönümünə həsr olunmuş “Möhtəşəm Qələbə” adlı tədbir təşkil olunub.Tədbirdə Mərkəzin rəhbərliyi, əməkdaşlar və adı qeyd olunan məktəbin müəllim və şagird kollektivi iştirak edib.
Tədbirə giriş sözü ilə başlayan Mərkəzin direktoru vəzifəsini icra edən Aqil Ağayev, dünya hərb tarixinə adını qızıl hərflərlə yazdırmış Azərbaycan əsgərinin Vətən müharibəsində göstərdiyi qəhrəmanlıq haqqında şagirdlərə ətraflı məlumat verib. O, eyni zamanda döyüşlərdə qazanılan qələbələrə görə Azərbaycan xalqının mübarizliyinin artıq öz təsdiqini tapmasından da bəhs edib.
Sonra çıxış edən Mərkəzin əməkdaşları və məktəbin müəllimləri Vətən müharibəsində əldə etdiyimiz Qələbənin möhtəşəmliyindən danışaraq, vətənpərvərlik tərbiyəsinin şagirdlərə aşılanmasının vacibliyindən söhbət açıblar.
Sonda şagirdlərlə xatirə şəkilləri çəkilib.
Ülkər Piriyeva
www.AzadMedia.az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR