AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Eskişehir Azərbaycanlılar Dərnəyinin “Çərşənbə Söhbəti”nin qonağı Cavid Əmirov olub - FOTO

  • + A
  • - A
  • 8-01-2022, 19:20



    Eskişehir Azərbaycanlılar Dərnəyinin “Çərşənbə Söhbəti”nin bu həftədəki qonağı Cavid Əmirov olub.


    Xəbər - Eskişehir Azərbaycanlılar Dərnəyi
    Bəxtiyar Qarayev


    Azadmedia.az-a Eskişehir Türkiyə bürosundan verilən məlumata görə, Eskişehir Azərbaycanlılar Dərnəyinin ənənəvi olaraq təşkil etdiyi Çərşənbə Söhbətinin bu həftədəki qonağı Cavid Əmirov olub.

    Belə ki, o, “Fərdi İnkişafın Planlaşdırılması” mövzusunda təqdimatla çıxış edib. Çıxış zamanı şəxsi inkişafın və motivasiyanın gələcək həyat planlarına təsirləri qeyd edilib. Bundan başqa, Maslovun "Ehtiyaclar Nəzəriyyəsi" müzakirə edilib və həmçinin gənclərim öz həyatlarını necə yönləndirə biləcəkləri müzakirə edilib.


    Eyni zamanda, karyera planlaşdırılmasında yalnız universiteti bitirməklə özlərini təkmilləşdirə bilməyəcəkləri, bu istiqamətdə uğurlarına dair müxtəlif tədbirlərdə, konfranslarda, fəaliyyətlərdə iştirak etməyin vacibliyi qeyd olunub.

    Fərdi inkişaf üçün faydalı ola biləcək kitablar və saytlar təklif edilib. Natiq öz təcrübələrinə əsaslanaraq gənclərə tövsiyələr verib. O bildirib ki, “həyatda istədiyimiz mövqedə olmaq üçün bizə faydası olmayan işləri həyatımızdan silib, həvəsli olduğumuz işlərlə məşğul olmalıyıq.”

    Tədbirin sonunda qonaq Cavid Əmirova dərnək tərəfindən “Təşəkkürnamə” təqdim edilib.

    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR