Azərbaycan Respublikasının Türkiyə Səfirliyi Baş Katibi və Təhsil üzrə I Katib “Eskişehir Azərbaycanlıları dərnəyi” ilə görüşüb - ÖZƏL
Azadmedia.az-ın Eskişehir bürosundan verilən xəbərə görə, Azərbaycan Respublikasının Türkiyə Səfirliyi Baş Katibi Elxan Zeynalov və Təhsil üzrə I katib Nəcibə Nəsibova Eskişehiri ziyarət ediblər.
Belə ki, onlar ziyarət zamanı Eskişehirdə təhsil alan gənclərlə görüş həyata keçiriblər. Eskişehir Azərbaycanlılar Dərnəyi sədri Cavid Aydın və dərnəyin gənclər sədri Nurlan Maarifin də iştirak etdiyi görüşdə gəncləri maraqlandıran suallar səsləndirilib və bir sıra təkliflər irəli sürülüb.
Tədbirin sonunda iştirakçılara təşəkkür edilib və xatirə şəkli çəkdirilib.
Eskişehir Azerbaycanlılar Dərnəyi
Layihə koordinatoru
Bəxtiyar QARAYEV
www.AzadMedia.az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR