AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Eskişehir Azərbaycanlılar Dərnəyi Həmrəylik Günü və Yeni il münasibəti ilə tədbir keçirib - FOTO - ÖZƏL

  • + A
  • - A
  • 31-12-2021, 18:00




    Eskişehir Azərbaycanlılar Dərnəyi -
    Bəxtiyar Qarayev


    Azadmedia.az-a Türkiyə Eskişehir bürosundan verilən məlumata görə, 29.12.2021-ci il tarixində Eskişehir Azərbaycanlılar Dərnəyi tərəfindən azərbaycanlı gənclər, ailələr və Azərbaycan sevdalılarının qatıldığı Həmrəylik Günü və Yeni il münasibəti ilə tədbir keçirilib.

    Lidya Parkda keçirilən tədbirdə öncəliklə, məşhurların Azərbaycan xalqına və Eskişehirdə yaşayan həmvətənlərinə yönəlik təbrik videosu yayınlanıb.

    Ardınca, Eskişehir Azərbaycanlılar Dərnəyi Başkanı Uzm. Ecz. Cavid Aydın açılış nitqi ilə çıxış edib. Çıxış zamanı 44 günlük savaşda birlik və bərabərliyimizin ölkəmizə qalibiyyət gətirməsini vurğulayıb. Həmrəyliyimizin daim olması istəkləri çatdırıraq gələn qonaqlara təşəkkür edib.

    Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi Sədri Fuad Muradova dərnəyin bir sıra üzvlərinə təşəkkürnamə verilməsi səbəbi ilə təşəkkür edilib.













    Eskişehir Azərbaycanlılar Dərnəyi tərəfindən də aktivliklərinə görə Eskişehirdə yaşayan bir neçə azərbaycanlıya təşəkkürnamə təqdim edilib. Daha sonra Eskişehir Azərbaycanlılar Dərnəyi Gənclik Komitəsi tərəfindən azərbaycanlı tələbənin 1 günlük həyatını özündə əks etdirən ikinci bir video nümayiş etdirilib.

    Videodə baş rolda çəkilən Eskişehir Osmangazi Universitetinin Tibb ixtisası üzrə I kurs tələbəsi Emil Hüseynzadənin timsalında burda yaşayan hər bir tələbənin həmyerliləri ilə olan birlik və bərabərliyi nümayiş olunub.

    Eskişehir Azərbaycanlılar Dərnəyinin "Turan" musiqi qrupunun müşayiəti ilə tədbir davam edib.

    Sonda dərnək başkanı Uzm. Ecz. Cavid Aydın bağlanış nitqi ilə gələnlərə yenidən təşəkkürlərini çatdıraraq birliyimizin davam etdirilməsi və daha da möhkəmlənməsi ilə bağlı xoş arzularını bildirib.

    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR