AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Türkiyə Eskişehir Azerbaycanlılar Dərnəyi-nin "Çərşənbə Söhbəti"ndə “Rəqəmsal Çağda Kripto” mövzusu müzakirə olunub - ÖZƏL

  • + A
  • - A
  • 9-12-2021, 02:12




    Azadmedia.az-a Türkiyədən verilən məlumata görə, “Eskişehir Azerbaycanlılar Dərnəyi” tərəfindən hər həftə həyata keçirilən "Çərşənbə Söhbəti"-nin bu həftəki qonaqları Kripto Valyuta mütəxəssisləri Erhan Yalçın Uğursun və Ali Sökmenli olub.

    Mütəxəssislər tədbirdə, “Rəqəmsal Çağda Kripto” mövzusunda çıxış ediblər.


    Belə ki, çıxış zamanı Kriptovalyuta, Blockchain və platformalar haqqında qısa məlumat verilib. Həmçinin bu texnologiya üçün mərkəzləşdirilmiş bazanın olmaması və hesabların oğurlanmasının çətinliyi əsas üstünlük təşkil edir, - deyə qeyd olunub.

    Bundan başqa, sərmayə qoyarkən nələrə diqqət edilməli olduğu izah edilib.

    İştirakçıların sualları əsasında, bu sahədə anlaşılmayan məsələlərə toxunulub, bu barədə onlara ətraflı məlumat verilib.

    Eyni zamanda, “Coin və Token” arasındakı fərqləri qeyd etdikdən sonra rəqəmsallaşmış müasir dünyamızda NFT və Metaverse-in əhəmiyyəti diqqətə çatdırılıb.

    Qeyd edək ki, bütün bunlarla bərabər dünya ölkələrinin zamanla ayaqlaşması baxımından, Blockchain tətbiqini həyata keçirərək şəffaflığın artması ilə bu texnologiyaya marağın yaxın illərdə daha da artacağı misallarla izah olunub.

    Bəxtiyar QARAYEV
    Eskişehir Azərbaycanlılar Dərnəyi,
    Layihə Koordinatoru










    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR