Eskişehir Azərbaycanlılar Dərnəyinin İdarə Heyəti tərəfindən fevral ayından etibarən, əməkdaşlığın artırılması, Azərbaycan həqiqətlərinin və mədəniyyətinin təbliği istiqamətində birgə işlərin aparılması məqsədilə müxtəlif QHT və qurumlara ziyarətlər təşkil edib.
Azadmedia.az Eskişehirdən xəbər verir ki, əvvəlcə Turan Təşkilatının Baş Qərargahı ziyarət edilib və Turan Təşkilatının sədri Neslihan Yürüksoya dərnək adından hədiyyə təqdim edilib.
Daha sonra, Eskişeherin önəmli və köklü Qeyri-Hökumət Təşkilatlarından biri olan Eskişehir Krım Türkləri Kültür, Yardım və İdman Klubu Dərnəyinə ziyarət edilib. İraq Türkləri Mədəniyyət və Yardım Dərnəyinə ziyarət çərçivəsində, Türk Dünyasının sahıb çıxmalı olduğu İraq türklüyünün Vətən mübarizəsi haqqında onlardan bilgi alınıb.
Ziyarət edilən digər dərnəklər arasında, yeni fəaliyyətə başlayan Rumeli Balkan Mədəniyyət və Həmrəylik Dərnəyi, ESKENT-Eskişehir Şəhər Mədəniyyət Təhsil, Sosial Yardım və Həmrəylik Dərnəyi, Eskişehir Kızılelma Turan Dərnəyi olmuşdur. Əvvəl də əlaqələrin olduğu QHT təşkilatları əməkdaşlıqların daha da artırılmasına dair razılıqlar əldə edilib.
Bu ziyarətlərdən başqa Milliyyətçi Hərəkat Partiyasının şəhər üzrə sədri, cənab İsmail Candemirə başsağlığı ziyarəti də olub. Partiya binasına ziyarət zamanı Dərnəyin fəaliyyəti və nəzərdə tutulan tədbirlərdən söz açılıb. Sədr isə öz növbəsində qardaş ölkə olan Azərbaycanın hər zaman onların qəlbində xüsusi yer tutduğunu bildirib. 44 günlük şanlı zəfər barəsində söhbət açdıqdan, sonra Dərnəyin fəaliyyətindən məmnunluğunu ifadə edib.
18-ci Ümumi Qurultayin nəticəsi olaraq, yenidən Eskişehir Türk Ocağının sədri seçilən Prof. Dr. Nedim Ünal bəyin qonağı olaraq səhər yeməyində görüşülmüşdür. Eskişehir Azərbaycanlılar Dərnəyi İdarə Heyəti olaraq 24 Sentyabrda keçirilən “Zəfər Qardaşlığı” tədbirində uyğun görülən plaket və “Üç Çizgi” jurnalı təqdim edib.
“Yunus Əmrə və Türkcə ili” ilə əlaqədar olaraq, Eskişehir Azərbaycanlılar Dərnəyinin 3 aylıq aralıqlarla yayınladığı “Üç Çizgi” jurnalı adına Əskişəhər valisinin müavini Salih Altundan müsahibə alınıb.
Mədəni fəaliyyətlərlə bərabər, Azərbaycan həqiqətlərinin çatdırılması yönündə 24.02.2022 tarixində EsTv-də yayımlanan Üç Çizgi televiziya proqramımızda Eskişehir Azərbaycanlılar Dərnəyinin sədr müavini Sirac Yaquboğlu ilə "Dinməyə Fəryad - Xocalı Soyqırımı"ndan bəhs edilib.
Eyni zamanda, 27.02.2022 tarixində “Xocalıya Ədalət” devizi altında “Xocalı Soyqırımı” haqqında tədbirlər çərçivəsində Yunus Əmrə Mədəniyət ve Sənət Mərkəzində Prof.Dr. Əmir Əliyev və Prof.Dr. Mehmet Topalın iştirak etdiyi Eskişehir Azərbaycanlılar Dərnəyini və Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası (TADEF) ilə ortaq olaraq “Dinməyən Fəryad: Xocalı Soyqırımı” başlıqlı panelin həyata keçirilmişdir. Paneldən öncə Diasporla İş üzrə Dövlət Komitəsi sədr müavini Valeh bəy Hacıyevin başçılığı altında diaspora nümayəndə heyəti və TADEF’in sədr müavini Pərviz bəy Məmmədzadə gənclərlə görüş keçirib.
Tədbirdə həmçinin, Xocalı qurbanlarını əks etdirən fotosərgi və Xocalı Soyqırımının Türkiyə mətbuatında necə yer alması göstərilmişdir. Həyata keçirilən tədbirə Diasporla İş üzrə Dövlət Komitəsi sədr müavini Valeh bəy Hacıyev, MHP Eskişehir Millət Vəkili Nurullah bəy Sazak, Eskişehir Vali müavini Salih bəy Altun, TADEF-in sədr müavini Pərviz bəy Məmmədzadə, Siyasi Partiya ve Qeyri-Hökümət Təşkilatları nümayəndələri başda olmaqla, yüzlərlə iştirakçı qatılıb.
Belə ki, Panel Diasporla İş üzrə Dövlət Komitəsi sədr müavini Valeh Hacıyev, MHP Eskişehir Millət vəkili Nurullah bəy Sazak və Eskişehir Vali müavini Salih bəy Altunun açılış nitqi ilə başlayıb.
Eskişehir Azərbaycanlılar Dərnəği sədr müavini Sirac Yaquboğlunun moderatorluğu ilə həyata keçirilən paneldə Prof. Dr. Mehmet Topal yaranan problemin tarixi səbəb və qaynaqlarını vurğulayıb, Prof. Dr. Əmir Əliyev isə hüquqi nöqteyi nəzərdən açıqlamarı dilə gətirib.
Paneldə çıxış edən iştirakçılara xatirə hədiyyəsi və sertifikatlar verilib. Tədbir sonunda gələnlərə təşəkkür edilib və xatirə şəkli çəkdirilib.
Eskişehir Azərbaycalılar Dərnəyi
Layihə Koordinatoru
Fin.Uzm. Bəxtiyar QarayevÜlkər Piriyeva