AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Hacivat ve Qaragöz personajlarını tanıyırsız? - ÖZƏL

  • + A
  • - A
  • 3-03-2022, 17:45

    Hacivat ve Qaragöz personajlarını tanıyırsız? - ÖZƏL

    Türkiyədə Hacivat və Qaragöz iki ölçülü təsvirlərlə ekranda nümayiş etdirilən təqlid və söhbətə əsaslanan kölgə oyunudur. Kağızdan hazırlanan qəhrəmanların xəyalpərəst və geniş dünyagörüşlü olduğu deyilir.
    Bu iki qəhrəmanın həqiqətən də yaşayıb-yaşamadığı, yaşayıblarsa harada və necə yaşadıqları məlum deyil. Danışılanlar əfsanələrə əsaslanır, çünki əgər həqiqətən yaşayıblarsa belə, yəqin ki, sözügedən dövrün tarix kitablarına daxil olacaq qədər əhəmiyyətli hesab edilməyiblər.

    Rəvayətə görə, Hacı İvaz Ağa və ya xalq arasında tanınan adı ilə Hacivat və Trakyanın Samakol kəndindən olan dəmirçi ustası Qaragöz Orxan Qazi dövründə Bursada yaşamış və məscid tikintisində çalışmış iki fəhlə olur. Özləri nəinki işləmirlər, hətta digər işçilərin işləməsinə də mane olurlar. Orxan Qazi deyir ki, məscid vaxtında bitməsə, başınızı kəsəcəm. Elə də olur. İkisinin də başı kəsilir. Hacivat və Qaragözü çox sevən və ölümlərinə çox üzülən Şeyx Küsteri kuklalarını düzəltməyə və pərdə arxasında oynatmağa başlayır. Hacivat və Qaragöz beləcə tanınır.

    “Qaragöz” işkırlak deyilən papaq taxan keçəl bir adam olur. Heç bir işi düz olmayan Qaragöz Hacivatın tapdığı müvəqqəti işlərdə işləyir. Reaksiyalarını tez bildirən bir insan olur. Xalqın ümumi şüurunu təmsil edir. Cəsur və mərd xasiyyətinə görə daim başı bəlalara düçar olur. Qaragöz maraqlı, nəzakətsiz və qorxmazdır. Bəzən hiylə işlədərək başqalarını aldatmağa çalışır. Arvadıyla daim mübahisə edir.

    “Hacivat” saqqallı, hiyləgər bir adamdır. Biliklidir və hər sahədə öz fikri var. Qaragözdən daha mədəni, ağıllı və özünə inamlıdır. Ərəb və fars sözlərini qarışdıraraq ədəbi cümlələr qurur. Bu səbəbdən Qaragöz çox vaxt nə dediyini anlamır. Səhnədəki zarafatlar çox vaxt bu söz oyunları və anlaşılmazlıqlar üzərində qurulur.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR