AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallıda 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə qadın mədəniyyət işçiləri ilə görüş keçirilib - FOTO

  • + A
  • - A
  • 7-03-2022, 00:45

    Masallıda 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə qadın mədəniyyət işçiləri ilə görüş keçirilib - FOTO

    8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə qadın mədəniyyət işçiləri ilə görüş keçirilib.

    Azadmedia.az-ın cənub bürosu xəbər verir ki, Martın 5-də Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı (MİHİ) Masallı rayon komitəsinin təşəbbüsü ilə rayonda mədəniyyət sahəsində fəaliyyət göstərən bir qrup qadın mədəniyyət işçiləri ilə 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə görüş keçirilib.

    Rəsmi hissədən əvvəl, Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda həyatını itirmiş oğulların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

    Tədbirdə Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov geniş təbrik nitqi ilə çıxış edib. Qadın həmkarları ilə görüş zamanı İdarə rəisi, qadınların cəmiyyətimizdə artan müsbət rolundan bəhs edib, bu amili ölkəmizdə sivil və dünyəvi prinsiplərin mövcudluğu, habelə ölkə rəhbərliyinin məsələyə olan diqqət və həssas münasibəti ilə əlaqələndirib. O, ölkədə qadınlara layiqli şəraitin yaradıldığını, müxtəlif ictimai sahələrdə uğurla fəaliyyət göstərən qadınların nailiyyətlərinə sevindiyini bildirib. Rəis sonda mədəniyyət sahəsində çalışan bütün qadınları əlamətdar gün münasibətilə təbrik edib, onlara həyat və fəaliyyətlərində müvəffəqiyyət arzulayıb.

    Komitə sədri Vəkil İsmailov rayonda mədəniyyət sahəsində çalışan qadınların əmək hüquqlarının qorunması, onların sosial cəhətdən dəstəklənməsi və görülmüş digər işlərdən söz açıb. Sədr eyni zamanda, qadınların cəmiyyət həyatında fəal iştirakları və potensiallarını reallaşdırmaları üçün ölkədə uyğun mühitin olduğunu vurğulayıb.

    Görüşün sonunda Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Masallı rayon komitəsi tərəfindən 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə qadın mədəniyyət işçilərinə hədiyyələr təqdim olunub.















    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR