AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Rusiyanın məşhur dəb verilişi bağlandı - Sanksiyalar təsir edib

  • + A
  • - A
  • 9-03-2022, 13:20

    Rusiyanın məşhur dəb verilişi bağlandı - Sanksiyalar təsir edib


    Rusiyanın “Pervıy kanal”ının məşhur verilişlərindən biri – “Modnıy priqovor” yayımını dayandırıb.

    AzadMedia.az “Komsomolskaya pravda”ya istinadən xəbər verir ki, proqramın aparıcısı Aleksandr Vasilyev bunun səbəbini açıqlayıb.

    Onun sözlərinə görə, verilişin tam yayımdan qaldırılmasından söhbət getmir, lakin təkcə yayım deyil, həm də yeni buraxılışların çəkilişi dayandırılıb.

    “Ən əsas səbəblərdən biri Rusiya ərazisində bizə Qərbdən mal gətirən bütün moda mağazalarının bağlanmasıdır. Veriliş qəhrəmanlarını geyindirmək mümkün deyil – uyğun gələn ölçülər, rənglər və, təbii ki, fasonlar yoxdur”, - Vasilyev izah edib.

    O bildirib ki, hələlik “Modnıy priqovor” komandasının ehtiyatda çox buraxılışı var, lakin proqramın gələcək taleyi naməlumdur. Aparıcının ehtimalına görə, əgər şou efirə getməyə başlasa, çox güman, konsepsiyası dəyişdiriləcək.



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR