AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Dubay - Röyal Piriyev: “Ölkə rəhbərliyinə, Diaspora komitəsinə təşəkkür edir, Novruz bayramında ən xoş arzularımı yetirirəm” - FOTO

  • + A
  • - A
  • 20-03-2022, 02:38

    Dubay - Röyal Piriyev: “Ölkə rəhbərliyinə, Diaspora komitəsinə təşəkkür edir, Novruz bayramında ən xoş arzularımı yetirirəm” - FOTO

    Azadmedia.az-a Dubaydan verilən məlumata görə, 19 mart, 2022-ci il tarixdə Azərbaycan Respublikası Diaspora ilə İş Üzrə Dövlət Komitəsi, Azərbaycan Diasporuna Dəstək Fondu BƏƏ-dəki soydaşlarımızla Dubay EXPO-da və Sofitel Luxury Hoteldə Novruz bayramını təntənəli şəkildə qeyd edib.

    Tədbirdə Komitə Sədri Fuad Muradov, I müavin Valeh Hacıyev, digər Komitə əməkdaşları, Azərbaycan Diasporuna Dəstək Fondu, “Qarabağ” muğam qrupu, Dubaydakı diaspora işçiləri, BƏƏ-də yaşayan diaspora üzvləri iştirak ediblər.

    Dubayda yaşayan Diaspora fəalı Röyal Piriyevin Azadmedia.az-a göndərdiyi təəssüratını təqdim edirik:


    “Novruz” Bahar bayramı dövlət müstəqilliyimizin nailiyyəti olaraq rəsmi statuslu əsl ümumxalq bayramı səviyyəsində ölkəmizin bütün guşələrində eyni zamanda Azərbaycan Respublikası Diaspora ilə İş Üzrə Dövlət Komitəsinin təşkilatı dəstəyi ilə dünyanın dörd bir yanında qeyd edilir.

    Bəli, bugün əziz Diaspora Sədri Fuad Muradov başda olmaqla, I müavin Valeh Hacıyev, Aparat rəhbəri Daşqın Rəcəbli, Şöbə müdiri Fuad Kərimov, Diaspora üzrə koordinator Vəfa xanım Hüseynova, Diaspora Fondu, bütün Komitə və eyni zamanda dünyanın dörd bir yanında könüllərə taxt quran dəyərli “Qarabağ” muğam qrupu - Xalq artisti Mənsum İbrahimov, Əməkdar artistlər Elnur Əhmədov, Elçin Həşimov biz Azərbaycanlıları Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərində yalnız buraxmadı.

    Əziz həmvətənlərim, hər birinizi ayrı-ayrılıqda Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, sizlərə can sağlığı və xoş əhval-ruhiyyə arzu edirəm.

    Bəli, çox hörmətli I Vitse-prezidentimiz Mehriban xanım Əliyevanın fədakar əməyi sayəsində, YUNESKO tərəfindən Azərbaycan xalqının milli bayramı kimi bəşəriyyətin qeyri-maddi irs siyahısına daxil edilmiş Novruz bayramı, Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin ən gözəl nümunələrindən biridir.

    44 günlük Vətən müharibəsində Müzəffər Ordumuzun Ali Baş Komandanı, cənab Prezident İlham Əliyevin mahir sərkərdəliyi ilə düşmən üzərində qazandığı tarixi Zəfərdən sonra xalqımız bu bayramı daha möhtəşəm, alnı-açıq və böyük sevinc hissi ilə keçirir.
    Eləcə də, biz xaricdə yaşayan azərbaycanlılar fəxr edirik hər zaman: Müzəffər Ali Baş Komandanımızla! Rəşadətli Ordumuzla! Qəhrəman Xalqımızla!
    Ümummilli lider Heydər Əliyevin qeyd etdiyi kimi: “Mən həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam!”

    "Azərbaycan". Bəli, bu ad "Vətəndir". Sənin, mənim və gələcək nəsillərin!

    Bəli, Qloballaşma dalğasının geniş vüsət aldığı və dünyanı sürətli dəyişikliklərə məruz qoyduğu bir vaxtda o, tükənməz mənəvi gücü sayəsində dini-mənəvi dəyərlərimizə, tarixi-mədəni irsimizə bağlılığımızın təntənəsinə çevrilmiş bu bayramda torpaqlarımızın müdafiəsində mətinliklə dayanan Azərbaycan əsgərinə bayram təbriklərimi yetirirəm...

    Vətənimizin ərazi bütövlüyünün qorunması uğrunda şəhid olmuş qəhrəman övladların unudulmaz xatirəsini ehtiramla yad edir, onların ruhları qarşısında baş əyir, onlara Allahdan rəhmət, yaxınlarına möhkəm səbr diləyirəm.“









    BƏƏ - Dubay - Diaspora Fəalı Röyal Piriyev


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR