AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bakı Braziliya Film Festivalı keçiriləcək - FOTO

  • + A
  • - A
  • 22-03-2022, 22:37

    Bakı Braziliya Film Festivalı keçiriləcək - FOTO

    Bakı Braziliya Film Festivalı keçiriləcək

    Azadmedia.az-ın məlumatına görə, 2022-ci ilin 30 mart-3 aprel tarixlərində Azərbaycan Respublikası ilə Braziliya Federativ Respublikası arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümü münasibətilə Nizami Kino Mərkəzində Bakı Braziliya Film Festivalı keçiriləcəkdir. Mədəniyyət Nazirliyi və Braziliya Federativ Respublikasının ölkəmizdəki Səfirliyinin təşkilatçılığı ilə keçiriləcək Festival çərçivəsində 4 bədii və 1 sənədli filmin nümayişi planlaşdırılır.

    PROQRAM:

    "QALİB GƏLMƏK ÜÇÜN 10 SANİYƏ"
    30 Mart - çərşənbə 19:00
    60-70-ci illərdə iki ayrı çəkilərdə ikiqat dünya çempionu olmuş, indi də bütün dövrlərin ən yaxşı 10 döyüşçüsündən biri hesab edilən braziliyalı boksçu Eder Jofrenin bioqrafiyası. Öz həyat yoldaşı və uşaqları ilə çətin münasibəti olan, onun məşqçisi olan ata rolu, San-Pauluda keçən kasıb uşaqlıq və çətinliklərin öhdəsindən gəlmək hekayəsi. Ailə həyatına zaman ayırmaq çətin olduğu üçün, idman həyatından yorulan Eder ilk titulunu qazandıqdan sonra boksu tərk edir, amma gücünü yığaraq öz peşəsinə müzəffər şəkildə geri dönür.

    "HEBE – BRAZİLİYANIN ULDUZU"
    01 Aprel – cümə 19:00
    Hebe Kamarqo – Braziliya televiziyasının simvoluna çevrilən aparıcı. 80-ci illərdə, hərbi diktaturadan demokratik rejimə keçid zamanında 60 yaşlı Hebe müstəqil telekaryeraya başlamağa qərar verir. Kişi şovinizminə, qısqanc ərinə və narazı keçmiş nüfüzlu rəislərinə rəğmən o, auditoriya qarşısında bütün şəxsi və professional krizislərin öhdəsindən gələ bilən qeyri-adi aparıcı kimi dayanır.

    "HƏR KƏSƏ XATİRƏ ÜÇÜN HƏDİYYƏ ET – DORİVAL KAİMMİ"
    02 Aprel – şənbə 17:00
    94 illik həyatı ərzində Dorival Kaimmi hətta uzaqda olsa belə, doğma Bahia üçün oxuyur, yazır və bəstələyirdi. O və Jorje Amado Bahia barədə təxəyyüllərin səbəbkarı hesab olunurlar. Taniş olduğu sevdiyi insanlar və professionallar onun həyatını və Braziliya mədəniyyətinin simvolu olduğunu xatırlayırlar. Film, Kaimminin qohumlarının və dostlarının xatirələri vasitəsilə dahi sənətkarın nəinki musiqi hətta rəsmdə belə istedadının universallığından, onun uşaqlığından qocalığına kimi keçdiyi həyat yolundan bəhs edir.

    "SİMONAL"
    02 Aprel – şənbə 19:00
    Müğənni Vilson Simonal Braziliya musiqi tarixinin ən böyük səslərindən biri hesab edilir. Kasıblıqdan ümumxalq şöhrətinə kimi qət etdiyi parlaq yol, onun 70-ci illərdəki ekstravaqant həyatının Braziliya hərbi diktaturasının xüsusi xidmətlərinin diqqətini cəlb etməsinə səbəb oldu.

    "QALİB GƏLMƏK ÜÇÜN 10 SANİYƏ"
    03 Aprel - bazar günü̇ 17:00
    60-70-ci illərdə iki ayrı çəkilərdə ikiqat dünya çempionu olmuş, indi də bütün dövrlərin ən yaxşı 10 döyüşçüsündən biri hesab edilən braziliyalı boksçu Eder Jofrenin bioqrafiyası. Öz həyat yoldaşı və uşaqları ilə çətin münasibəti olan, onun məşqçisi olan ata rolu, San-Pauluda keçən kasıb uşaqlıq və çətinliklərin öhdəsindən gəlmək hekayəsi. Ailə həyatına zaman ayırmaq çətin olduğu üçün, idman həyatından yorulan Eder ilk titulunu qazandıqdan sonra boksu tərk edir, amma gücünü yığaraq öz peşəsinə müzəffər şəkildə geri dönür.

    "SEVGİ HAQQINDA BÜTÜN MAHNILAR"
    03 Aprel – bazar günü 19:00
    Anna və Şiko cütlüyü San-Pauluya köçüb, yeni evlərində əşyaları yerbəyer edərkən, köhnə audiokaset tapırlar. Bunun, 20 il əvvəl Klarissanın öz həyat yoldaşı Danielə yazdığı mahnılar olduğu bəlli olur. Zamandakı fərqə baxmayaraq hər iki ailədə ümumi bir çox şeyin olduğu üzə çıxır. Musiqi sayəsində onların hekayələri bir- birinə qarışır.







    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR