AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Lənkəranlı kulinarlar Beynəlxalq Kulinariya Çempionatında 1-ci yerə laiq görüldülər - FOTO

  • + A
  • - A
  • 18-04-2022, 14:04

    Lənkəranlı kulinarlar Beynəlxalq Kulinariya Çempionatında 1-ci yerə laiq görüldülər - FOTO

    Lənkəranlı kulinarlar Beynəlxalq Kulinariya Çempionatında 1-ci yerə laiq görüldülər.

    Azadmedia.az - Livanda 17-21 mart tarixlərində keçirilmiş Beynəlxalq Kulinariya Çempionatında 1-ci yeri qazanmış Lənkəranın ilk Kulinariya Komandasının üzvlərinin iştirakı ilə 15 aprel 2022-ci il tarixdə Lənkəran Regional Mədəniyyət Mərkəzində görüş keçirilmişdir.

    Tədbirdə Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Mikayıl Cəfərzadə, Azərbaycan Milli Kulinariya Assosiasiyasının prezidenti Tahir Əmiraslanov, komandanın üzvləri, rayonumuzda kulinariya sahəsində tanınan aşbazlar, mədəniyyət işçiləri, xidmət sahələrinin nümayəndələri və digər qonaqlar iştirak etmişlər.

    Şəhər İcra hakimiyyətinin başçısı cənab Taleh Qaraşovun salamlarını tədbir iştirakçılarına çatdıran M.Cəfərzadə rayon rəhbərliyi adından komanda üzvlərinə ölkəmizin, o cümlədən, bölgəmizin mətbəxini dünya səviyyəsində yüksək peşəkarlıqla təbliğ və tərənnüm etdirərək 1-ci yeri laiq görüldüklərinə görə şəhər İcra hakimiyyətinin başçısı tərəfindən imzalanmış Fəxri fərmanları təqdim etdi.

    AMKA tərəfindən yaradılan Lənkəran komandasının və Qarabağ nümayəndəsinin beynəlxalq yarışda birincilik qazanmasından danışan İcra başçısının müavini dövlətimizin başçısı cənab İlham Əliyevin və Birinci vitse- prezident, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın diqqət və qayğısı nəticəsində bölgəmizin davamlı inkişaf etdiyini və əldə olunmuş uğurların nəticəsi olaraq Lənkəran şəhərinin UNESCO-nun “Yaradıcı şəhərlər şəbəkəsi” siyahısına daxil edildiyini vurğuladı. Natiq çıxışında qələbənin əldə olunmasında AMKA-nın prezidenti Tahir Əmiraslanovun və rayonumuzda fəaliyyət göstərən sahibkarların və kulinarların əvəzsiz xidmətlərinin olduğunu qeyd etdi.

    Livanda keçirilmiş Beynəlxalq Kulinariya Çempionatı haqqında geniş məlumat verən AMKA-nın prezidenti Tahir Əmiraslanov komandanın qazandığı Kuboku Azərbaycanın qastronomiya paytaxtı Lənkəran şəhərində saxlanılmasından ötrü icra başçısının müavini M.Cəfərzadəyə təqdim etdi.
    Tədbirdə çıxış edən komanda üzvləri və digər iştirakçılar qazanılmış qələbənin Lənkəran ictimaiyyəti tərəfindən sevinc hissi ilə qarşılandığını bildirdilər və gələcəkdə komanda üzvlərinə daha böyük uğurlar qazanmağı arzuladılar.









    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR