AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

MASALLI RAYONU İCRA BAŞÇISI TƏRƏFİNDƏN VƏTƏNDAŞ MÜRACİƏTLƏRİNƏ HƏSSAS YANAŞMA VAR - FOTO

  • + A
  • - A
  • 27-04-2022, 20:57

    MASALLI RAYONU İCRA BAŞÇISI TƏRƏFİNDƏN VƏTƏNDAŞ MÜRACİƏTLƏRİNƏ HƏSSAS YANAŞMA VAR - FOTO

    Masallı rayonunun Qarğalıq kəndi ərazisində səyyar-görüş qəbulu təşkil olunub.

    Azadmedia.az 27 aprel 2022-ci il tarixdə Masallı rayon İcra Hakimiyyətinin başçısı cənab Şahin Məmmədov Qarğalıq kəndində vətəndaşların səyyar-görüş qəbulunu keçirib.


    Səyyar görüş-qəbulda rayonun idarə, müəssisə və digər xidmət təşkilatlarının rəhbərləri, həmçinin kənd sakinləri iştirak ediblər.
    İlk öncə Ulu Öndər Heydər Əliyev və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
    Sonra Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov səyyar görüş qəbulunu açaraq ərazinin iqtisadi göstəriciləri barədə məlumat verib.
    Səyyar-görüş qəbulunda çıxış edən vətəndaşlardan Kərimov Rəbbi Kamil oğlu, Şəhid atası Hüseynov Teymur Sənham oğlu, Niftiyev Telman Xıdır oğlu, Fətullayev Səməd Hacıbaba oğlu, Əliyev Nurəddin Əlihüseyn oğlu, Əhmədov Zəfər Zəki oğlu, Əsədov Oruc Əsəd oğlu və başqaları çıxış edərək Qarğalıq və Əminli kənd tam orta məktəblərinin yeni binasının tikilməsi, Qarğalıq kənd ərazisində içməli suyun çəkilməsi, Qədirli və Xallıcallı kənd yollarına asfalt vurulması, Qarğalıq uşaq bağçasının təmir edilməsi, Şəhriyar kənd yoluna çınqıl döşənməsi və s. məsələlər barədə müraciət ediblər.
    Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov görüşü yekunlaşdıraraq, qaldırılan məsələlərin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar verib. Əksər məsələlər yerində həll olunmuş, digərləri nəzarətə götürülüb.
    ƏLİHÜSEYN ŞÜKÜROV






    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR