AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İsveç NATO-ya üzvlük sənədini İMZALADI

  • + A
  • - A
  • 17-05-2022, 12:17

    İsveç NATO-ya üzvlük sənədini İMZALADI


    Azadmedia.az - İsveçin xarici işlər naziri Ann Linde ölkəsinin NATO-ya üzvlük ərizəsini imzalayıb.

    Xarici İşlər Nazirliyində NATO-ya üzvlük ərizəsini canlı olaraq imzalayan Linde, İsveç üçün ən yaxşısını etdiyini söyləyib.

    Linde həmçinin müraciət sənədinin qısa müddətdə Finlandiya ilə birlikdə NATO-ya çatdırılacağını qeyd edib.

    Bildirək ki, İsveçin baş naziri Maqdalena Andersson dünən parlamentdəki danışıqlardan sonra İsveç hökumətinin NATO-ya müraciət etmək qərarına gəldiyini açıqlayıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR