AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Məhkəmə prosesində Şeyxin qudası Rəsul Quliyevə uduzub

  • + A
  • - A
  • 17-05-2022, 14:03

    Məhkəmə prosesində Şeyxin qudası Rəsul Quliyevə uduzub



    Bu gün Sabunçu Rayon Məhkəməsində sabiq deputat Hacı Qalib Salahzadənin Gələcək Azərbaycan Partiyasının (GAP) sədri İbrahimov Ağasif Şakiroğluna qarşı iddiası üzrə məhkəmə prosesi keçirilib.

    “Qafqazinfo”nun məlumatına görə, məhkəmə Qalib Salahzadə və digərlərinin iddialarını təmin etməyib.

    İddiaçılar qeyd ediblər ki, Daxili İşlər Nazirliyinin istirahət evinin cənub-şərq hissəsində yerləşən Bilgəh qəsəbəsi, Zaqulba şossesi 1, 2 və 3 ünvanlarında olan tikililər Ağasif Şakiroğlu tərəfindən zəbt edilib.

    Məhkəmədən xahiş olunub ki, qeyd olunan ünvandakı torpaq və evlərin boşaldılaraq sahiblərinə verilməsi təmin edilsin.

    Q.Salahzadə bildirib ki, mübahisəli ərazidə GAP lideri Rəsul Quliyevin dünyasını dəyişmiş bacısı Ceyran Quliyevanın da adına torpaq sahəsinin olduğu iddia edilir. Amma Ceyran Quliyevanın oğlu Elbrus Quliyev mülk davası aparmadığı halda, Rəsul Quliyevin ABŞ vətəndaşları olan övladları Ağasif Şakiroğlunun vasitəsilə torpaq sahələrini qanunsuz zəbt ediblər.

    Q.Salahzadə məhkəmə qərarından yuxarı instansiyaya şikayət edəcək.

    Qeyd edək ki, Hacı Qalib Salahzadə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin qudasıdır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR