AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Maykl Pek: Rusiya Ukraynanın bu səhvini gözləyir

  • + A
  • - A
  • 17-05-2022, 14:47

    Maykl Pek: Rusiya Ukraynanın bu səhvini gözləyir


    Ukrayna ordusu Rusiya ərazisinə zərbə endirsə, böyük səhv etmiş olacaq.

    Axar.az xəbər verir ki, bunu amerikalı hərbi ekspert Maykl Pek deyib.

    “Ukrayna rəhbərliyinin ritorikası Kiyevin gələcək planları ilə bağlı getdikcə çoxlu sual yaradır. Belə bir fikir var ki, Zelenski öz qoşunlarına Rusiya ərazisinə girməyə cəhd etməyi əmr edə bilər. Hadisələrin bu cür inkişafı Ukraynanı fəlakətli nəticələrlə təhdid edir. Rusiya ərazisinə hücum Ukrayna üçün fəlakət olardı”, - ekspert bildirib.

    Onun sözlərinə görə, Ukrayna ordusu belə bir əməliyyat aparmaq üçün çox zəifdir, vacib silahları və lazımi sayda yaxşı hazırlanmış əsgərləri yoxdur:

    “Bununla yanaşı, əməliyyat Ukrayna cəbhəsini xeyli genişləndirəcək, onları Rusiyanın əks-hücumuna açıq qoyacaq. Kiyev Rusiya ərazisinə hücum etməklə, həm də Qərbin rəğbətini itirəcək. ABŞ, Böyük Britaniya və NATO-nun irimiqyaslı hərbi-siyasi dəstəyi olmasa, Ukrayna tez məğlub olar”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR