AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Zakir Qaralovun şirkəti xeyli miqdarda vergi borcu olduğunu təsdiqləyib

  • + A
  • - A
  • 17-05-2022, 15:20

    Zakir Qaralovun şirkəti xeyli miqdarda vergi borcu olduğunu təsdiqləyib



    “Akkord” şirkətlər qrupuna daxil olan “Akkord Hydrotechnical Construction Company” MMC-nin külli miqdarda vergi borcu yaranıb.

    Şirkət "Qafqazinfo"da dərc olunan həmin yazı ilə bağlı bəzi məqamlara aydınlıq gətirib. Saytımıza verilən açıqlamada bildirilib ki, yazıda adları qeyd olunmuş və “Akkord” Korporasiyasına daxil olan hüquqi şəxslərin dövlət büdcəsinə yaranmış öhdəlikləri pandemiyanın gətirdiyi çətinliklərdən doğub: "Korporasiya bu öhdəliklərin hissə-hissə icrası istiqamətində vegi orqanları ilə danışıqlar aparıb və müəyyən razılıq əldə olunub.

    Həmçinin oxuyun: Zakir Qaralovun şirkətlərinin külli miqdarda vergi borcu üzə çıxdı

    Korporasiya barəsində Nərimanov Rayon Məhkəməsinin icraatında olan inzibati xətalar haqqında işə gəldikdə isə, qeyd edirik ki, Mərkəzi Bank tərəfindən tərtib olunmuş protokolla bağlı Korporasiya zəruri sübutları məhkəməyə təqdim edəcək. İnanırıq ki, məhkəmə tərəfindən obyektiv, qanuni və ədalətli qərar qəbul olunacaq".

    Qeyd edək ki, Akkord Şirkətlər Qrupu sabiq baş prokuror Zakir Qaralova məxsusdur.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR