
               Azərbaycan  Respublikasının  pezidenti  İlham  Əliyevin   iştirakı  ilə  Bakı  Ekspo   Bakı  Enerji  həftəsi   çərçivəsində  27 – ci  Beynəlxalq   Xəzər  Neft  və  Qaz  Sərgisinin  rəsmi   açılış  mərasimi  keçirildi.                 Xəzər  Regionunda   neft-  qaz  sahəsinin   və  enerji  sektorunun  ən  mötəbər  tədbiri  olan   “Bakı  Enerji  Həftəsi”  27 – ci  Beynəlxalq   “Xəzər  Neft  və  Qaz”  sərgisini  10 -  cu  Yubiley  Xəzər  Beynəlxalq   Energetika  və  Alternativ  enerji”  sərgisini  və    Xəzər   Neft  və  Qaz  Konfransının   xələfi  olan  “Bakı  Enerji  Form” nu   özündə   birləşdirir.
               Bu il  27- ci keçirilən  Beynəlxalq  “ Xəzər   Neft  və  Qaz”    sərgisi  ilk  dəfə  1994- cü  il  mayın 24 – də  mərhum  prezident   Ümummilli  lider  Heydər  Əliyevin  təşəbbüsü  ilə  keçirilib.   İlk   sərgiyə    20  ölkəni  təmsil  edən   180  şirkət  gəlmişdi.   H.  Əliyevdən  sonra   sərgi  hər  il   təxminən  eyni  vaxtda  keçirilən  ənənəvi  tədbirə  çevrilmişdir.  İlk  dəfə  reallaşanda  sərgi   “Xəzər  Neft  və  Qaz” deyil , “Xəzər  dənzində   neft- qaz  hasilaatına  dair  sərgi”  adlanırdı.  İndi    əhatə  etdiyi    sahələrə  uyğun  olaraq  adını  da  dəyişib.  Üstəlik,    sərgi  ilə  yanaşı , eyniadlı   konfransda  keçirilir.  Sərgi  və  Konfrans  Azərbaycan  Dövlətində  burada  fəaliyyət  göstərən  qurumlardan  və  Beynəlxaalq  şirkətdən    daim   dəstək  alır.
                 Nəzərə  alsaq  ki, Rusiya- Ukrayna  muaribəsi  hələdə  davam  edir.  Bu  həmdə  Avropanın  həm  neftə,  həmdə  təbii  qaza   olan  təlabatını  artması  deməkdir.  Rəsmi   Bakı  iniki   məqamda    Qərbin  neft  və    qaza    olan  təlabatını    tam   ödəyə  bilməsə də  bu  istiqamətdə    ən  etibarlı   tərəfdaşıdır.  Hazırda   ölkəmiz  Avropaya  illik   10 -  11   milyard  kub  metr   qaz  nəql  edə  bilir.   Bu  miqdarın  gələcəkdə  20   milyard   kub  metrə  qədər artırılması  planlaşdırılır.  Hesab  edirəm  bu  mənada   cənab  prezidentin  qeyd  etdiyi  “ Cənub  Qaz  Dəhlizi “   layihəsi  olduqca   vacibdir.  
               Prezidentin   çıxışında   bir  digər  vacib  məqamda   məhz  onun   Azərbaycanda   enerji  təhlükəsizliyinə  xüsusi   “ yaşıl  enerji”  siyasətinə   münasibətdə  uzunmüddətli   hədəflər   məsələlərində    həmişə  konstruktiv  rol  oynayaraq   Avropa  və   Asiya  məkanında  etibarlı  tərəfdaşa   çevrilib.   Enerji  sektorunda  aparılan   şaxələndirmə  siyasəti, mövcud  boru  kəmərləri   şəbəkəsi  dünyada  enerji   təhlükəsizliyi  təmin   olunmasına    xidmət  edir.   
                Təsadüfü  deyil  ki,  çıxışı  zamanı   enerjini  transformasiysında   təbii  qazın  getdikcə   daha  çox   əhəmiyyət  kəsb  etməsi    fonunda   “Cənub  Qaz  Dəhlizi”    layihəsinin    önəmindən   bəhs  edib.  O  qeyd  edib  ki,  “Azərbaycan  ünün   srateji   əhəmiyyət  kəsb  edən     bu  layihə   Avropanın  enerji    təhlükəsizliyinin    təmin  edilməsində   mühim  rol  oynayır  və  bu  enerji  dəhlizinin    gələcəkdə    genişləndirilməsi   imkanları   böyükdür”.
       Ağıllı  kənd  və   yaşıl  enerji  siyasətidə   bərpa  prosesin   innovativ  qanadını  təşkil edir. Hesab  edirəm    Qarabağda   innovativ   yeniliklərdə  istifadənin  artırılması    enerji  regionuna  çevrilməsi  həm  də   gələcəkdə   investorların  bura  cəlbini   sürətləndirə  bilər.  
       Hazırda  Azərbaycan  enerji  sahəsində   böyük  təcrübəsi  olan  şirkətlərlə  birlikdə   bərpa  olunan   yeni  enerji  güclərinin   yaradılmasına   hədəflənən  iri  layihələrin  icrasına  başlayıb.  Bu,  Beynəlxalq   bazarlarda   yeni  enerji     resurslarının   etibarlı  təchizatçısı  kimi  Azərbaycanın   mövqeyini  dahada  artırır  və  onu  gücləndirir.
Səbinə Həsənova, Masallı rayonu, Mahmudavar kənd sakini