AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Beynəlxalq Media Forumunun iştirakçıları Heydər Əliyev Mərkəzində olublar - FOTO

  • + A
  • - A
  • 21-07-2022, 16:08

    Beynəlxalq Media Forumunun iştirakçıları Heydər Əliyev Mərkəzində olublar - FOTO

    Beynəlxalq Media Forumunun iştirakçıları Heydər Əliyev Mərkəzində olublar.

    Azadmedia.az - 22 iyul tarixində Medianın İnkişafı Agentliyi tərəfindən Şuşa şəhərində təşkil olunacaq Beynəlxalq Media Forumda iştirak məqsədilə ölkəmizdə səfərdə olan nümayəndə heyəti Heydər Əliyev Mərkəzində olublar. 

20-dək ölkədən olan xarici media nümayəndələri və ekspertlərdən ibarət heyətə dünya memarlığının nadir incilərindən sayılan Heydər Əliyev Mərkəzi haqda məlumat verilib. 

Bildirilib ki, Mərkəz Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev irsinin tədqiqi və təbliği, Azərbaycanın tarixi və mədəniyyətinin, milli-mənəvi sərvətlərinin #beynəlxalq aləmdə tanıdılması, eləcə də dünya mədəniyyəti nümunələrinin ölkəmizdə tanıdılması istiqamətində fəaliyyət göstərir. Mərkəzdə həmçinin Heydər Əliyev Muzeyinin yaradıldığı vurğulanıb. 2013-cü ildən fəaliyyət göstərən Muzeydə  Ümummilli Lider Heydər Əliyevin həyat yolu haqqında maraqlı faktlar foto və videomateriallar vasitəsilə qonaqlara təqdim edilib.

    Məlumat verilib ki, Mərkəzdə Ümummilli Liderin xatirəsinin əbədiləşdirildiyi Heydər Əliyev Muzeyi təşkil olunarkən burada onun həyat və fəaliyyətinin müxtəlif dövrlərinin əks olunmasına xüsusi diqqət yetirilib. Bu gün muzey həm də Heydər Əliyev irsinin öyrənilməsi baxımından əhəmiyyət kəsb edir.

    
“Mini Azərbaycan” sərgisi ilə tanışlıq zamanı isə diqqətə çatdırılıb ki, bu ekspozisiyada Bakıda və Azərbaycan regionlarındakı tarixi memarlıq abidələri və bir sıra müasir binaların maketləri nümayiş etdirilir.

    Sonra qonaqlar MEDİA-nın tədbir çərçivəsində təşkil etdiyi "Azərbaycan çap mətbuatı tarixinin inciləri" adlı sərgi ilə tanış olublar. Sərgidə 1920-ci ilədək nəşr edilən və ölkənin ictimai-siyasi həyatında, milli və ümumbәşәri dəyərlərin təbliğində müstəsna rol oynayan mətbu nəşrlər haqqında məlumatlar, həmçinin müasir dövrdə ölkə ictimaiyyətinin maarifləndirilməsində xüsusi əhəmiyyətə sahib olan çap mətbuatı nümunələri nümayiş olunub.










    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR