AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

UKRAYNA AZƏRBAYCANLA UZUNMÜDDƏTLİ QAZ MÜQAVİLƏLƏRİ HAZIRLAYIR

  • + A
  • - A
  • Bu gün, 22:18

    UKRAYNA AZƏRBAYCANLA UZUNMÜDDƏTLİ QAZ MÜQAVİLƏLƏRİ HAZIRLAYIR


    Ukrayna Azərbaycanla təbii qaz sahəsində uzunmüddətli müqavilələrin imzalanmasına hazırlaşır. Kiyev həmçinin Azərbaycan qazının Ukraynaya tədarükünün genişləndirilməsində və yeni logistika marşrutlarının yaradılmasında maraqlıdır.
    Ukraynanın energetika naziri Denis Şmıqal bu barədə açıqlama verib.

    Nazirin sözlərinə görə, ötən il Ukraynanın “Naftoqaz” şirkəti ilə Azərbaycanın SOCAR şirkəti arasında əməkdaşlıq çərçivəsində Ukraynaya ilk dəfə Azərbaycan qazının tədarükü həyata keçirilib. Növbəti mərhələdə şirkətlər arasında uzunmüddətli müqavilələrin imzalanması nəzərdə tutulur.
    Denis Şmıqal bildirib ki, Ukrayna Azərbaycan tərəfinə ölkənin yeraltı qaz anbarlarında təbii qazın saxlanılması imkanlarını da təklif edir.

    Bundan başqa, tərəflər Qara və Xəzər dənizləri arasında mövcud nəqliyyat marşrutlarının inkişafını, eləcə də gələcəkdə yeni logistika yollarının yaradılmasını müzakirə ediblər. Nazir bu istiqamətdə işlərə indidən başlanılmasının vacibliyini vurğulayıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR