AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Avropanı bomba həyəcanı bürüyüb: Onlarla aviareysə təhlükə mesajı göndərilib

  • + A
  • - A
  • Dünən, 22:22

    Avropanı bomba həyəcanı bürüyüb: Onlarla aviareysə təhlükə mesajı göndərilib

    Avropanın bir sıra ölkələrində bomba təhlükəsi ilə bağlı kütləvi xəbərdarlıqlar qeydə alınıb. Bazar ertəsindən etibarən müxtəlif aviaşirkətlərin təyyarələrində partlayıcı qurğuların olması barədə məlumatlar daxil olur. Təhlükə onlarla reysə təsir edib, bəzi təyyarələr marşrutunu dəyişməyə məcbur qalıb. Bir neçə ölkə isə sərnişin təyyarələrini müşayiət etmək üçün hərbi qırıcıları havaya qaldırıb.

    BBC-nin məlumatına görə, noyabrın 6-da “Ryanair”, “Wizz Air”, “KLM” və digər aviaşirkətlərin Avropanın müxtəlif şəhərlərinə uçan təyyarələrində bomba olması barədə məlumatlar daxil olub. Təyyarələr eniş etdikdən sonra mütəxəssislər tərəfindən yoxlanılıb. İndiyədək aparılan yoxlamalar zamanı heç bir təyyarədə təhlükəli əşya aşkarlanmayıb.

    Təhlükə xəbərdarlıqları səbəbindən bəzi reyslər istiqamətini dəyişərək alternativ hava limanlarına yönləndirilib. Bir sıra hallarda sərnişin təyyarələrinin təhlükəsizliyini təmin etmək məqsədilə hərbi qırıcılar havaya qaldırılıb. Cümə günü Macarıstan Hərbi Hava Qüvvələrinə məxsus “Gripen” qırıcıları ölkənin hava məkanında üç sərnişin təyyarəsini müşayiət edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR