AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ZELENSKİ: UKRAYNA RUSİYANIN NEFT EMALI MÜƏSSİSƏLƏRİNƏ ZƏRBƏLƏRİ DAVAM ETDİRƏCƏK

  • + A
  • - A
  • Bu gün, 22:15

    ZELENSKİ: UKRAYNA RUSİYANIN NEFT EMALI MÜƏSSİSƏLƏRİNƏ ZƏRBƏLƏRİ DAVAM ETDİRƏCƏK


    Ukrayna Rusiyanın enerji infrastrukturuna hücumlarına cavab olaraq Rusiya ərazisindəki neft emalı müəssisələrini hədəf almaqda davam edəcək. Növbəti hədəflər artıq müəyyənləşdirilib.

    Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski məlumat verib.

    O bildirib ki, Rusiyanın Ukraynanın enerji obyektlərinə endirdiyi zərbələrə cavab olaraq Rusiya neft emalı sənayesinin obyektlərinə qarşı hücumlar davam etdirilir.
    Zelenskinin sözlərinə görə, Rusiyanın müharibəni dayandırmaq qərarı verməsi halında hərbi əməliyyatların səngiməsi mümkündür.

    “Oləşkidə həyata keçirilən humanitar əməliyyatın təcrübəsi göstərdi ki, əgər Putin müharibəni dayandırmaq barədə qərar versə, sakitlik yarana bilər. Ukraynanı sülhün mümkün qədər tez əldə olunmasının vacibliyinə inandırmağa ehtiyac yoxdur. Biz bunu istəyirik. Rusiya müharibə vaxtının başa çatdığına qərar verməlidir”, – deyə Zelenski vurğulayıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR