AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

TELEGRAPH: İRAN RUSİYADAN S-400 HAVA MÜDAFİƏ SİSTEMLƏRİNİN ALINMASI İLƏ BAĞLI DANŞIQLAR APARIR

  • + A
  • - A
  • Bu gün, 22:20

    TELEGRAPH: İRAN RUSİYADAN S-400 HAVA MÜDAFİƏ SİSTEMLƏRİNİN ALINMASI İLƏ BAĞLI DANŞIQLAR APARIR


    İran Rusiyadan müasir hava hücumundan müdafiə sistemlərinin alınması ilə bağlı danışıqlar aparır. Söhbət Tehranın uzun illərdir əldə etməyə çalışdığı Rusiyanın S-400 zenit-raket komplekslərindən gedir.

    “Telegraph” nəşrinin məlumatına görə, İranın yüksək vəzifəli rəsmilərindən biri ölkəsinin bu məsələdə nikbin olduğunu bildirib. Onun sözlərinə görə, Tehran Rusiya prezidenti Vladimir Putinin nəhayət S-400 sistemlərinin tədarükünə razılıq verəcəyinə ümid edir.

    Məlumata əsasən, İranın ali rəhbəri Müctəba Xamenei cümə axşamı təhlükəsizlik xidmətinin rəhbəri Möhsün Rzaini şəxsi məktubla Kremlə göndərib. İranlı rəsminin bildirdiyinə görə, məktubda əsas tələblərdən biri Tehrana silah tədarükü olub.
    Nəşr qeyd edir ki, bu danışıqlar ABŞ prezidenti Donald Trampın Rusiyanın İrana ümumiyyətlə kömək etmədiyi barədə açıqlamaları ilə ziddiyyət təşkil edir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR