AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov rayonun Təzəkənd, Sərçuvar, Xıl və Göyəçöl kəndlərinin sakinləri ilə görüşüb - FOTO

  • + A
  • - A
  • 11-08-2022, 22:28

    Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov rayonun  Təzəkənd, Sərçuvar, Xıl və Göyəçöl kəndlərinin sakinləri ilə görüşüb - FOTO


    Masallıda rayon rəhbəri Təzəkənd, Sərçuvar, Xıl və Göyəçöl ərazilərində olub.

    Azadmedia.az - 11 avqust 2022-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov rayonun Təzəkənd, Sərçuvar, Xıl və Göyəçöl kəndlərinin sakinləri ilə görüşüb.

    Görüşlərdə rayon rəhbəri ilə yanaşı rayon İcra hakimiyyəti başçısının I müavini Məmmədhüseyn Hüseynov, aparatın şöbə müdirləri Qəşəm Hadıyev, Afəddin Kərimov və şöbə müdiri vəzifəsini icra edən Əlimərdan Abdullayev, ağsaqqallar, din xadimləri, ziyalılar, şəhid ailələri, qazilər, gənclər və ərazi sakinləri iştirak ediblər.

    Rayon rəhbəri və görüş iştirakçıları əvvəlcə ərazilərdə olan I və II Qarabağ şəhidlərinin məzarlarını, abidə — bulaq komplekslərini ziyarət etmiş, məzarları önünə gül dəstələri qoyaraq şəhidlərin ruhlarına dualar oxuyublar.

    Bütün görüşlərdə şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

    İcra başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələrini bir daha vətəndaşların diqqətinə çatdırıb.

    Sonra rayon rəhbəri ağsaqqallar, şəhid valideynləri, qazi, ziyalı və sadə vətəndaşlarla görüşmüş, onların müraciətlərini dinləyib.

    Təzəkənd, Sərçuvar, Sirəbil, Xıl və Göyəçöl kəndləri ərazilərinin vətəndaşları ilə görüş zamanı sakinlərdən Ağayev Fuad Əjdər oğlu, Əliyeva Qızqayıt Əvəz qızı, Əzizova Narxanım Əhmə qızı, Məhərrəmov Yolbəyi Vəkil oğlu, Mikayılov Aqil Mikayıl oğlu, Heydərov Elçin Qulaməli oğlu, Şükürov Vaqif Şükür oğlu, Hüseynov Süleyman Qurbanəli oğlu, Əhmədov Zeyni Əli oğlu, Abıyev Niyaz Hənifə oğlu, Ağayev Əziz Paşa oğlu, Əmənov Əsgər Qüdrət oğlu, Hüseynov Sədi Hüseynxan oğlu və başqaları yaşadıqları ərazilərin problemlərini rayon rəhbərinə çatdırmış, kömək göstərilməsini xahiş ediblər.
    Bütün təklif və xahişlər həlli üçün qeydiyyata götürülüb.

    Görüş zamanı çıxış edən sakinlər rayon rəhbərinə yeni vəzifəsində uğurlar diləyiblər.

    Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov da öz növbəsində cənab Prezidentin etimadını doğruldacağını sakinlərə bildirərək görüşləri yekunlaşdırıb və hər zaman əhalinin qayğıları ilə maraqlanacağını bildirib.


    Ülkər Piriyeva














    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR