AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Şərqşünaslıq İnstitutu əməkdaşının məqaləsi beynəlxalq bazalara daxil olan jurnalda dərc edilib - FOTO - ÖZƏL

  • + A
  • - A
  • 9-09-2022, 13:32

    Şərqşünaslıq İnstitutu əməkdaşının məqaləsi beynəlxalq bazalara daxil olan jurnalda dərc edilib - FOTO - ÖZƏL

    Şərqşünaslıq İnstitutu əməkdaşının məqaləsi beynəlxalq bazalara daxil olan jurnalda dərc edilib.
    Bakı şəhəri
    8 sentyabr 2022-ci il

    Azadmedia.az - AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Ərəb filologiyası şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Xumar Ələkbərovanın “Misir ədəbiyyatında mühacirlər mövzusunu yaradan tarixi amillər” (“Исторические факторы, способствовавшие появлению темы эмигрантов в египетской литературе”) məqaləsi Rusiyanın “Voprosı istorii” jurnalında dərc edilib.

    Məqalədə bu gün bütün dünyada aktual problemə çevrilmiş mühacirlər probleminə, onu doğuran ictimai-siyasi, iqtisadi və digər amillərə toxunulub. Xüsusən Ərəb Şərqində bu proses son statistik məlumatlar əsasında izlənilərək, bunun fonunda müasir Misir ədəbiyyatında problemin filoloji prizmalardan işıqlandırılması araşdırılıb.

    Qeyd edək ki, sözügedən nəşr “Web of Science”, “Scopus” və digər nüfuzlu beynəlxalq bazalara daxildir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR