AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Müəllimlərdən pul tələb etdiyi iddia olunan direktorun işçiləri danışdı – VİDEO

  • + A
  • - A
  • 20-09-2022, 08:08

    Müəllimlərdən pul tələb etdiyi iddia olunan direktorun işçiləri danışdı – VİDEO


    Azadmedia.az - Sumqayıt şəhər 32 saylı tam orta məktəbinin işçi heyəti direktorunun müəllimlərdən pul tələb etməsi ilə bağlı yayılan səs yazısına münasibət bildiriblər.

    Sözügedən məktəbin müəllimi Zaur Məhərrəmov açıqlamasında bildirib ki, heç kimə pul verməyib:

    “Kimsə gəlib mənim cibimdən pul oğurlaya bilər?, O kimdir ki, maaşdan pul kəssin. Biz maaşı kartla alırıq. Direktor maaşdan pul kəsə bilməz. Pul verən savadsız müəllimdir ki, aparıb pulu verir”.

    Təsərrüfat işləri üzrə müavin Cahan Kərimova isə mövzudan xəbərsiz olduğunu vurğulayıb.

    Abşeron-Xızı Regional Təhsil İdarəsindən bildirib ki, mövzu ilə bağlı məlumat idarəyə sentyabrın 16-sı daxil olub:

    “Məsələ ilə bağlı araşdırma başlanılıb. Araşdırmanın yekun nəticəsi barədə əlavə məlumat veriləcək”.

    Daha ətraflı BAKU.TV-nin süjetində:


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR