AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Niger ABŞ üçün kritik tərəfdaşdır - Sabrina Sinq

  • + A
  • - A
  • 17-08-2023, 22:02

    Niger ABŞ üçün kritik tərəfdaşdır -


    Azadmedia.az xarici KİV-ə istinadla xəbər verir ki, Amerika Birləşmiş Ştatlarının Müdafiə Nazirliyinin sözçünün müavini Sabrina Sinq Nigerin ABŞ üçün kritik tərəfdaş olduğunu və oradakı bazalara yüz milyonlarla dollar sərmayə qoyduqlarını bildirdi.

    Belə ki, “Biz də bunun hərbi müdaxilə ilə sona çatmasını istəmirik”,- deyə Sabrina Sinq qeyd edib.

    Həmçinin Sabrina Sinq keçirdiyi mətbuat konfransında Nigerdə ​​davam edən vəziyyəti qiymətləndirməyə davam etdiklərini söyləyib.

    ABŞ Dövlət Departamenti, Müdafiə Nazirliyi və hökumətin digər orqanlarının bunu sülh yolu ilə həll etməyə çalışdığına işarə edən Sinq deyib:"Niger bizim bölgədəki kritik tərəfdaşımızdır. Ona görə də ümid edirik ki, biz bunu diplomatik yolla həll edəcəyik".
    Sinq ABŞ-ın regionda aktivləri və maraqlarının olduğunu və əsas prioritetlərinin bu maraqları və müttəfiqlərin maraqlarını qorumaq olduğunu vurğulayıb.

    Qeyd edək ki, Nigerdəki bazalara yüz milyonlarla dollar sərmayə qoyduqlarını vurğulayan Sinq bu ölkədəki problemin sülh yolu ilə həll edilməsini istədiklərini və buna nail ola biləcəklərinə ümid etdiklərini qeyd edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR