AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bu ölkədə 10 əyalətdə fövqəladə vəziyyət elan edildi - KİV

  • + A
  • - A
  • 28-08-2023, 14:44

    Bu ölkədə 10 əyalətdə fövqəladə vəziyyət elan edildi -


    Çində həddindən artıq yağışın səbəb ola biləcəyi daşqınlara görə 10 əyalətdə fövqəladə vəziyyət elan edilib.

    Azadmedia.az xarici KİV-ə istinadən bildirir ki, Çin Daşqınlara Nəzarət və Quraqlığa Yardım Mərkəzi tərəfindən verilən açıqlamada ölkənin şimalı, mərkəzi və cənub-qərbindəki Şandunq, Şaansi, Şansi, Jiangsu, Anhui, Hinan, Hubey, Siçuan, Quicou və Çonqinq əyalətlərində 4-cü səviyyəli fövqəladə vəziyyət xəbərdarlığı edilib.

    Belə ki, bu rayonlarda intensiv cəbhə yağışları müşahidə olunacaq, rayon ərazisindəki bir çox çaylar və onların qollarında daşqın, sel və sürüşmə riskləri var.

    Qeyd edək ki, Çin Fövqəladə Halların İdarə Edilməsi Nazirliyi müvafiq yerli rayonlara yağıntı vəziyyətini diqqətlə izləmək və risk altında olan ərazilərin müvafiq qaydada boşaldılması barədə göstəriş verib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR