AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

BP şirkətinin baş icraçı direktoru Bernard Luni istefa verib - KİV

  • + A
  • - A
  • 13-09-2023, 01:35

    BP şirkətinin baş icraçı direktoru Bernard Luni istefa verib -


    BP şirkətinin baş icraçı direktoru Bernard Luni (Bernard Looney) istefa verib.

    Azadmedia.az Report-a istinadən xəbər verir ki, onun yerinə bu vəzifənin icrası müvəqqəti olaraq şirkətin maliyyə direktor Mürrey Aukinklosa (Murray Auchincloss) həvalə edilib.

    Belə ki, B.Luninin istefa səbəbi açıqlanmasa da, istefanın onunla bağlı ötən ilin mayında başlanan araşdırmalarla əlaqədar olması ehtimal edilir: “Belə ki, anonim mənbə onun şirkətdə olan digər məsləkdaşları ilə şəxsi münasibətləri ilə bağlı davranışlarının araşdırılmasını bildirmişdi. Həmin araşdırma B.Luninin CEO olmamışdan öncəki davranışlarında şirkətin qaydalarından kənar hər hansı hal aşkar etməyib.

    Həmçinin bu yaxınlarda oxşar şikayət daxil olub və araşdırma davam edir.

    Qeyd edək ki, gözlənilmədən istefa qərarı verən B.Luni etiraf edib ki, araşdırmalar zamanı verdiyi ifadələr heç də tam deyil.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR