Rusiyanın Andreyevkadakı 72-ci əlahiddə motoatıcı briqadası mühasirəyə alınaraq məhv edilib.
Azadmedia.az xəbər verir ki, bu barədə Ukrayna ordusunun 3-cü hücum briqadası məlumat yayıb.
Belə ki, həmin məlumata görə, iki gün davam edən əməliyyat nəticəsində Ukrayna ordusu briqadanın kəşfiyyat rəisini, 3 tabor komandirini, komandirləri ilə birlikdə 72-ci briqadanın bütün heyətini və böyük sayda texnikasını məhv edib.
Qeyd edək ki, briqadadan bildirilib ki, Andreyevkanın azad edilməsi Baxmutun sağ cinahından hücum üçün açar olacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.