AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

40 nəfər peşəkar xilasedicidən ibarət axtarış-xilasetmə qrupu 2 ədəd helikopterlə hazır vəziyyətə gətirildi

  • + A
  • - A
  • 20-05-2024, 01:27

    40 nəfər peşəkar xilasedicidən ibarət axtarış-xilasetmə qrupu 2 ədəd helikopterlə hazır vəziyyətə gətirildi

    FHN Mətbuat xidmətinin məlumatı

    Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi İran İslam Respublikasının Prezidenti cənab İbrahim Rəisinin rəhbərlik etdiyi heyəti daşıyan helikopterin qəza enişi etməsi ilə əlaqədar axtarış-xilasetmə əməliyyatına dərhal dəstək göstərməyə hazır olduğunu bildirib.

    Belə ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, lazımi texniki vasitələrlə təchiz olunmuş 40 nəfər peşəkar xilasedicidən ibarət axtarış-xilasetmə qrupunun 2 ədəd helikopterlə hər an axtarış-xilasetmə əməliyyatına qoşulmağa hazır olması dost ölkənin müvafiq dövlət qurumunun diqqətinə çatdırılıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR