AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ABŞ bu ölkəyə hərbi vasitə və avadanlıq satışına icazə verdi - MTƏA

  • + A
  • - A
  • 23-05-2024, 13:18


    ABŞ bu ölkəyə hərbi vasitə və avadanlıq satışına icazə verdi -


    ABŞ Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyi Konqresə ABŞ ordusu tərəfindən Ukraynaya təmin edilən avtomobil və silah sistemlərinin potensial satışı barədə məlumat verdiyini açıqlayıb.

    Azadmedia.az xəbər verir ki, bu barədə ABŞ Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyinin açıqlamasında bildirilib.

    Bildirilib ki, bu satış Avropada siyasi sabitliyə və iqtisadi tərəqqiyə töhfə verən tərəfdaş ölkənin təhlükəsizliyini artırmaqla, ABŞ-nin xarici siyasəti və milli təhlükəsizlik məqsədlərini dəstəkləyəcək.

    Belə ki, ABŞ Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyi təklif edilən satışın ABŞ-nin müdafiə hazırlığına mənfi təsir etməyəcəyini də təsdiqləyib.

    Həmçinin ayın əvvəlində ABŞ Müdafiə Nazirliyi Ukraynaya yeni təhlükəsizlik yardımı, o cümlədən “Patriot” Hava Hücumundan Müdafiə Sistemi və NASAMS sistemləri üçün əlavə döyüş sursatları elan edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR