AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Əlavə iş yerlərinin açılması gözlənilir

  • + A
  • - A
  • 24-05-2024, 14:45

    Əlavə iş yerlərinin açılması gözlənilir

    Azərbaycanda kvotadan əlavə iş yerlərinin açılması nəzərdə tutulur. 

    Bu barədə Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında deyib. 

    O bildirib ki, bununla bağlı layihə hazırlanaraq aidiyyəti üzrə göndərilib, razılaşma mərhələsindədir. 

    M.Abbasbəyli vurğulayıb ki, hazırda hökumətdə müzakirə olunan 3 aktiv layihə var: “Bunlar məqsədli proqramlar, sosial müəssisələrin yaradılması və kvotadan əlavə iş yerləridir. Hər üç layihə bütün mərhələlərdən keçib. Administrasiyada yekun müzakirədədir. İnanırıq ki, yaxın vaxtlarda sizin müzakirənizə təqdim olunacaq”


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR