Ankara Baş Prokurorluğu və Türkiyə Daxili İşlər Nazirliyinin apardığı araşdırma nəticəsində təhlükəsizlik güclərində ölkə rəhbərliyinə qarşı təxribatı təsdiqləyən sübutlar müəyyən edilməyib.
Azadmedia.az xəbər verir ki, bu barədə “Hürriyyət” qəzeti məlumat yayıb.
Qeyd olunur ki, mafiyanın Türkiyədə hakim partiyaya qarşı əməliyyat keçirməyə cəhd etməsi versiyası hələ də aktuallığını qoruyur.
Belə ki, türk milliyətçilərin lideri Dövlət Baxçalının dövlət çevrilişinə cəhd ehtimalı ilə bağlı bəyanatından sonra Türkiyə hüquq-mühafizə orqanları araşdırmaya başlayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.