AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Tokio Universitetinin tədqiqatçıları robotlarda yenilik tətbiq ediblər - KİV

  • + A
  • - A
  • 27-06-2024, 03:57

    Tokio Universitetinin tədqiqatçıları robotlarda yenilik tətbiq ediblər -


    Tokio Universitetinin tədqiqatçıları robotlarda insanabənzər üz ifadələri yaratmağa imkan verən yeni üsul kəşf ediblər.

    Belə ki, bu barədə “Guardian” nəşri məlumat yayıb.

    Məlumata görə, alimlər laboratoriyada yetişdirilmiş insan dərisi ilə eksperiment aparıb, həqiqi insan dərisi ilə robotların üzündə real təbəssüm yaratmağa çalışıblar.

    Belə ki, robotlara transplantasiya üçün nəzərdə tutulan dəri insan bağlarını kopyalayaraq zədələndiyi zaman özünü bərpa edə bilir.

    Alimlər bu kəşf ilə yaradılan robotların daha çox insanı xatırladacağını, onlara hissetmə imkanları gətirəcəyini, həmçinin kosmetika sahəsində, plastik cərrahların hazırlanmasında daha böyük nəaliyyətlər əldə edəcəklərini bildiriblər. Axar.az


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR