AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

AZAL-ın Aviasiya Təhlükəsizlik Baş İdarəsinin növbə rəisi cinayət məsuliyyətinə cəlb olunub - SƏBƏB

  • + A
  • - A
  • Bu gün, 11:26

    AZAL-ın Aviasiya Təhlükəsizlik Baş İdarəsinin növbə rəisi cinayət məsuliyyətinə cəlb olunub - SƏBƏB


    AZAL-ın növbə rəisi təyyarədən avadanlıq oğurladığına görə məhkum edilib.
    Xitab24.az-ın yaydığı məlumata əsasən, AZAL-ın Aviasiya Təhlükəsizlik Baş İdarəsində növbə rəisi vəzifəsində çalışan İbrahimov Yaşar Yadulla oğlu cinayət məsuliyyətinə cəlb olunub.

    Məlumata görə, o, “Silk Way Airlines” şirkətinə məxsus, “4K-AZ 41” qeydiyyat nişanlı “İL-76 TD” tipli yük təyyarəsindən müxtəlif aviasiya avadanlıqlarını oğurlamaqda təqsirli bilinib.

    İstintaq materiallarında bildirilir ki, Yaşar İbrahimov xidməti vəzifəsini yerinə yetirdiyi vaxt Heydər Əliyev Beynəlxalq Aeroportunun hava gəmiləri üçün nəzərdə tutulmuş dayanacaq sahəsinə daxil olub. Sürücünü qaraja göndərdikdən sonra o, təyyarənin yük bölməsinə qanunsuz keçərək özü ilə gətirdiyi alətlə kabelləri kəsib və bir neçə bahalı cihazı yerindən söküb.

    Oğurlanan avadanlıqlar arasında 21 min 800 manat dəyərində “APK-15M” avtomatik radio kompası, 8 min 750 manatlıq “БКН 115B” gərginliyə nəzarət bloku və 13 min 400 manat dəyərində “ПО-750А-2С” çeviricisi olub. Təqsirləndirilən şəxs həmin avadanlıqları paketlərə yerləşdirərək təyyarədən çıxarıb.

    Xitab24.az-ın məlumatına görə, o, əvvəlcə cihazları təyyarənin altında gizlədib, daha sonra isə axşam saatlarında onları hava limanı ərazisindən çıxarmağa nail olub.

    Hadisə aşkar edildikdən sonra Yaşar İbrahimov oğurladığı avadanlıqları geri qaytarsa da, bu, onu cinayət məsuliyyətindən xilas etməyib. Məhkəmənin hökmü ilə ümumilikdə 43 min 950 manat məbləğində ziyan vurmaqda təqsirli bilinən şəxsə 2 il 4 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilib.

    Qeyd edək ki, oğurluq hadisəsinin baş verdiyi təyyarənin uçuşa yararlılıq sertifikatının müddəti 2024-cü ildə başa çatdığı üçün hava gəmisi istismardan çıxarılıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR