AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qətərdə qaz emalı zavodunda partlayış: 54 yaralı, 18 itkin

  • + A
  • - A
  • Bu gün, 10:47

    Qətərdə qaz emalı zavodunda partlayış: 54 yaralı, 18 itkin

    Qətərdə bazar ertəsi gecə ölkənin ən iri mayeləşdirilmiş təbii qaz (LNG) istehsal mərkəzi olan Ras Laffan sənaye zonasında yerləşən qaz emalı zavodunda güclü partlayış baş verib.

    Qətər Daxili İşlər Nazirliyinin məlumatına görə, hadisə nəticəsində 54 nəfər xəsarət alıb, 18 nəfərin isə itkin düşdüyü bildirilir. Hazırda "Ləxviyə" Daxili Təhlükəsizlik Qüvvələrinin axtarış-xilasetmə qrupu və Mülki Müdafiə Xidməti itkin düşənlərin tapılması üçün əməliyyat aparır.

    İlkin məlumata əsasən, partlayışa texniki nasazlıq səbəb olub. Rəsmilər insanların təhlükəsizliyini təhdid edən hər hansı qaz sızmasının qeydə alınmadığını bildiriblər.

    Reuters agentliyinin mənbəyə istinadən yaydığı məlumata görə, hadisə Barzan qaz emalı zavodunda istismar zamanı baş vermiş səhvin nəticəsi olub.

    Qeyd edək ki, Qətər dünya üzrə mayeləşdirilmiş təbii qaz istehsalının təxminən 20 faizini təmin edən əsas ixracatçılardan biridir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR