AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Portuqaliya Özbəkistanı darmadağın etdi – Ronaldo dublla fərqləndi

  • + A
  • - A
  • Dünən, 23:13

    Portuqaliya Özbəkistanı darmadağın etdi – Ronaldo dublla fərqləndi

    2026-cı il dünya çempionatının K qrupunda Portuqaliya millisi ikinci tur çərçivəsində Özbəkistan yığmasını 5:0 hesabı ilə məğlub edib.

    Hüston şəhərində keçirilən görüşdə hesabı 6-cı dəqiqədə Kriştianu Ronaldo açıb. 17-ci dəqiqədə Nunu Mendeş fərqi artırıb, 39-cu dəqiqədə isə Ronaldo özünün ikinci qolunu vuraraq hesabı 3:0-a çatdırıb. İkinci hissədə Özbəkistanın qapıçısı Abduvoxid Ne'mətov avtoqola imza atıb, 87-ci dəqiqədə isə Rafael Leau yekun hesabı müəyyənləşdirib – 5:0.

    Bu nəticədən sonra Portuqaliya 4 xalla K qrupunda liderliyə yüksəlib. Kolumbiyanın 3 xalı var, Konqo Demokratik Respublikası 1 xalla üçüncü, xalsız Özbəkistan isə sonuncu pillədə qərarlaşıb. Qrupun digər oyunu Kolumbiya ilə Konqo Demokratik Respublikası arasında keçiriləcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR