ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatının 1/16 final mərhələsində növbəti oyunlar keçiriləcək.
Atlanta stadionunda İngiltərə yığması Konqo DR millisi ilə üz-üzə gələcək.
Həmçinin Belçika Seneqalla, ABŞ isə Bosniya və Herseqovina ilə qarşılaşacaq.
DÇ-2026
1/16 final
1 iyul
20:00. İngiltərə - Konqo DR
Baş hakim: Adham Mahadmeh (İordaniya).
Atlanta stadionu
00:00. Belçika - Seneqal
Baş hakim: Said Martines (Honduras).
Sietl stadionu
2 iyul
04:00. ABŞ - Bosniya və Herseqovina
Baş hakim: Rafael Klaus (Braziliya).
San-Fransisko, "Bay Arena" stadionu
Xatırladaq ki, DÇ-2026 iyulun 19-da başa çatacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.